Daha çox kəpəkli çörək yeyin...

19 İyun 2021 14:35 (UTC+04:00)

Adətən, dost-tanışla rastlaşarkən çoxları kök görünməyimə eyham vuraraq, çörək yeməyi azaltmağı məsləhət görürlər. Maraqlıdır, doğrudanmı, insan köklüyünün əsas “səbəbkarı” cörəkdir?

Bəli, bəzi iddilara görə, bu gün çörəkdən “imtina edələrdə” ilk diqqəti çəkən ilk şey onların kilo vermələridir. Amma unutmaq lazım deyil ki, belə “arıqlama” suyun bədəndən çıxması ilə yanaşı, həm də daha az kalori istehlakından qaynaqlana bilər,

Çörəyi bir ay ərzində pəhrizdən kənarlaşdırsanız bədəninizə nə baş verər? Cörək yeməyin düzgün yolu nədir? Gündəlik istehlak nisbəti nə qədər olmalıdır? Çörəkdən tamamilə imtina etməyin faydası varmı?

Elmi mənbələrdə oxuyuruq: “Bədən daha az karbohidrat istehlak etdikdə, yığılmış enerji ehtiyatlarını glikogen şəklində (qaraciyərdə və əzələlərdə) yandırmağa başlayır və bu suyun bədəndən çıxarılmasına və kilo itkisinə səbəb olur. Əzələlərdə yığılmış hər bir qlikogen üçün 3 qram su var. Bədəndən suyun çıxarılması həqiqi arıqlama hesab edilə bilməz. Əksinə, bədəndə davamlı su çatışmazlığı sağlamlığa çox zərərlidir”.

...Bəs, nə etməli? Məsələn alman qidalanma cəmiyyətinin tövsiyəsinə görə, gündəlik faydalı çörək qəbulu 200 ilə 300 qram arasında olmalıdır. Bundan əlavə, pəhriz lifləri ilə zəngin olub və sağlamlığa fayda verdiyi üçün tam taxıl çörəyinə üstünlük vermək yaxşıdır. Qeyd edək ki, pəhriz lifləri toxluğu tez bir zamanda təmin edir və eyni zamanda “kolon” xərçəngini, diabetin 2 tipini, lipid və ürək-damar xəstəlikləri riskini azaldır.

... Bu gün əksər həkimlər kəpəkli çörəkdə pəhriz lifi və karbohidratlar var deyə, daha çox bu məhsullardan istifadə eməyi məsləhət görürlər. Məsələn, İspan Ürək Fonduna görə bu məhsulların əsas funksiyası bədəni enerji ilə təmin etməkdir. Beləliklə, hər qram çörəkdə 4 kilokalor var.

Deməli, çörək vacib bir karbohidrat mənbəyidir. Amma gündəlik təlabatda ağ çörəyi azaltmalı və kəpəkli çörəyə üstünlük verməlisiniz

Ağasəf Babayev