Sosial şəbəkələr çökdü?

19 İyun 2021 13:56 (UTC+04:00)

İstifadəçilər bağlantılara daxil ola bilmədiklərini bildirirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Instagram”, “Facebook” və “WhatsApp” sosial media tətbiqetmələrində giriş problemi yaşanır.

Türkiyənin bəzi vilayətlərində saat 12: 00-da başlayan giriş probleminin Ankara, İzmir, Konya, Adana və Samsunda, xüsusilə İstanbulda 12:21-də sıx bir şəkildə görüldüyü bildirilib.

İNSTAGRAM “5XX SERVER XƏTASI” NƏDİR?

“5xx Server səhvi” server tərəfindəki səhv olaraq bilinir. İstifadəçilər xətanı özləri axtarsalar da, bu səhv əslində istifadəçidən deyil, “Instagram”-dan qaynaqlanır. Instagram serverlərindəki bir səhv səbəbindən xidmət işlək hala gəlir. Bu vəziyyət ümumiyyətlə Instagram rəsmiləri tərəfindən fərq edildikdə düzəldilir. Bəzən kiber hücumlar Instagram serverlərini işləməz vəziyyətə gətirir.

Ayşən Vəli