Perotti "Fənərbaxça"dan ayrılır

19 İyun 2021 10:32 (UTC+04:00)

Keçən mövsüm "Fənərbaxça"nın böyük ümidlərlə transfer etdiyi, lakin zədəsi üzündən istədiyi nəticəni ala bilmədiyi Diego Perotti ayrılmağın astanasına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, argentinalı oyunçu A Seriyasına qayıda biləcəyini söyləyib.

“İtaliya hər zaman ürəyimdədir”

"Fənərbaxça"da performansa əsaslanan 2+1 illik müqaviləsi olan Diego Perotti "İtaliya hər zaman ürəyimdədir. Cenova niyə olmasın? Oğlum orada doğulub. Geri qayıtmaq istərdim”, deyib.

Diego Perotti "Fənərbaxça" forması altında Super Liqada 4 matç oynayarkən 3 qol vuraraq "Antalyaspor" və "Gençlerbirliği"nin qalibiyyətində əhəmiyyətli rol oynayıb.

Ayşən Vəli