Türkiyədə FETO ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçulara qarşı əməliyyat həyata keçirilib

19 İyun 2021 08:42 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.
SİA xəbər verir ki, mərkəzi İstanbul olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 52 hərbçidən böyük əksəriyyəti saxlanılıb. Onların altısı hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.
Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.