Bakının Sabunçu rayonunda 35 yaşlı şəxs bıçaqlanıb

19 İyun 2021 03:45 (UTC+04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Babək küçəsində 1986-cı il təvəllüdlü Vəliyev Tofiq Əmirxan oğlu tanışı ilə dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.