AVRO-2020-də ən gənc start heyətlə bu komanda mübarizə aparıb

19 İyun 2021 00:25 (UTC+04:00)

İngiltərə millisinin Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Şotlaniya ilə matç üçün start heyəti turnirin tarixindəki ən gənc tərkibdir.

SİA xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb. Sözügedən qarşılaşma üçün İngiltərə millisinin start heyətindəki oyunçuların ortalama yaş həddi 25 il 31 günə bərabərdir. Bu da turnirin tarixində ən gənc tərkib hesab olunur.

Qeyd edək ki, hazırda davam edən İngiltərə - Şotlandiya matçında hesab açılmayıb.