Türkiyənin "Atmaca" raketi son sınaq zamanı gəmi hədəfini uğurla vurub

18 İyun 2021 23:49 (UTC+04:00)

Türkiyənin gəmi əleyhinə "Atmaca" raketi ordunun silahlanmasına daxil ediməzdən əvvəl son sınaq zamanı gəmi şəklində hədəfini uğurla vurub.

SİA-nın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

Dövlət başçısının sözlərinə görə, həlledici test buraxılışı bu gün həyata keçirilib:

"Gəmi əleyhinə "Atmaca" raketi ilk dəfə Silahlı Qüvvələrin arsenalına daxil olmasından əvvəl bugünkü uson sınaq zamanı gəmi şəklində hədəfi vurub. Silahlı qüvvələrimizə və donanmamıza uğurlar arzulayıram".