Türkiyədə dəhşətli zəlzələ

18 İyun 2021 22:05 (UTC+04:00)

Türkiyənin Marmaris rayonu sahillərində 4.1 bal gücündə zəlzələ qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ Marmarisdən 82 kilometr aralıda, saat 19.51-də baş verib. Zəlzələnin 17.40 kilometr dərinlikdə olduğu müəyyən edilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.