"Mədəniyyətsiz insanlara hər yerdə rast gəlinir" - AKADEMİYA RƏHBƏRİ YOL GÖSTƏRDİ

18 İyun 2021 17:33 (UTC+04:00)

“Xoşagəlməz və mədəniyyətsiz insanlara hər yerdə rast gəlinir. Bu kimi insanlar sizin rəhbəriniz, müdiriniz, əməkdaşınız və yaxud tabeçiliyinizdə olan işçilər ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında Etika Akademiyasının rəhbəri Günel İbrahim deyib.

Onun sözlərinə görə, bu cür insanlara toksid insanlar deyilir: “Alimlər də sübut edib ki, mədəniyyətsiz, davranış qaydalarından xəbərsiz insanlarla münasibətlər yorucu ola bilər və sağlamlığa ziyan vura bilər. Mədəniyyətsiz insan - müəyyən xüsusiyyətlərə malik, eqoist, qarşısındakı insanın fikirlərini almaq üçün sual verməyən insandır. Sualları çox şəxsiyə daşıya bilir və hər kəsin içində çox özəl suallar verə bilir. Bu insanlar protokol və ədəb qaydalarını “iqnor” edərək onu səmimiyyətlə səhv salırlar”.

Günel İbrahim həmçinin qeyd edib ki, bu cür insanlardan özümüzü qorumaq üçün ilk “yox” cavabını verməliyik: “Təbii ki, mədəniyyətli insan heç vaxt kobud şəkildə cavab verməyəcək. Onun hər hansı bir sualına sizin vaxtınızın olmadığını və sizin hal-hazırda çox vacib işinizin olduğunu deyərək ona yox deyə bilərsiniz. İkinci qayda isə siz mütləq mədəni cəhətdən üstün olmalısınız. Heç vaxt mədəniyyətinizi pozmamalısınız. Üçüncü qayda sakitçilikdir. Əlbəttə sakitçiliyinizi qoruyub saxlamalısınız. Əsəblərinizi heç vaxt korlamayın. Səsinizi cavab verərkən nə alçaltmalı, nə də yüksəltmələsiniz. Baxışınız çox düz olmalıdır. Əsla üzünüzdə nədənsə pis olduğunuz və yaxud da əsəbi olduğunuzu bildirməməlisiniz. Bu sizin əminliyinizi və qarşınızdakı mədəniyyətsiz insanın maraq dairəsində və təsir altında olmadığınızı göstərəcəkdir”.