Ölümə məhkum edilən ən gənc insan

18 İyun 2021 17:14 (UTC+04:00)

George Stinney ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı olub. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılması olub. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi.

Yaşadığı yerdən 80 km uzaqlıqda, onu müdafiə etməsi üçün bir vəkil belə təyin olunmadan təmtək qalıb. Başına yüksək volt elektrik verilərək, əzab içində dünyasını dəyişib.

Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadakı bir hakim tərəfindən isbat olunub. İki qızın öldürüldüyü alət 19 kiloqramdan daha ağır idi. Buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi. İki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yox idi. Uşaq günahsız idi, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı həyatı əlindən alındı.

Ayşən Vəli