Mükafatın yaradılma səbəbi, Alfred Nobelin özü haqqında qəzetdə gördüyü bir başlıq olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qardaşı Lüdviq Nobelin ölüm xəbərini fransalı jurnalist səhv anlayaraq Alfred Nobelin ölümü kimi başa düşüb. Bununla bağlı öz məqaləsində bu xəbəri “Ölüm taciri dünyasını dəyişdi” kimi təqdim edib. Jurnalistin Nobeli “ölüm taciri” adlandırmasının səbəbi isə dinamitin kəşfi olub.
Alfred Nobel məlum olduğu kimi bu partlayıcı maddəni kəşf etmiş və bunun satışından da xeyli gəlir əldə etmişdir. Bu səbəblərdən dolayı o dövrlərdə Nobelə “ölüm taciri” ləqəbi qoyulub. Bu pis şöhrətdən qurtulub arxasında yaxşı bir miras qoymaq adına Alfred Nobel vəsiyyətnamə yazaraq sərvətinin böyük qisminin öz adına mükafatın tərtib edilməsi üçün ayrılmasını vəsiyyət edir.
Ayşən Vəli