Şuşa Bəyannaməsi fonunda Koçaryanın “miatsum” xülyaları SİYASİ RAKURS

17 İyun 2021 11:33 (UTC+04:00)

“Dəmir Yumruq” gerçəkliyi isə hazır vəziyyətdədir - Azərbaycan və Türkiyə ittifaqı çərçivəsində!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın incisinə, qədim Şuşa şəhərinə etdiyi səfəri qardaş ölkə liderinin Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə danışıqları, tarixi Şuşa Bəyannaməsini imzalamaları ilk növbədə Azərbaycanın Qarabağ müharibəsindəki böyük qələbəsinin və bütün bölgənin geosiyasi simasını dəyişdirməsinin əyani sübutu oldu.

Şuşa Bəyannaməsi ölkələr arasında dünya miqyasında misli görünməmiş dostluq və qardaşlıq münasibətlərinin bariz, inkarolunmaz təcəssümüdür. Ayrılmaz tarixi əlaqələr, qardaşlıq münasibətləri, mədəni, irsi, dini birlik, sarsılmaz etimad və etibar, eləcə də qarşılıqlı yardım ənənələri ilə bir-birinə bağlı olan iki qardaş ölkə - Azərbaycan və Türkiyənin müttəfiqlik ruhu məhz bu tarixi Bəyannamə ilə rəsmən möhkəmləndirdi. Bu müttəfiqlik münasibətləri yeni dövrün tələblərinə və çağırışlarına cavab verən növbəti ali səviyyəyə qalxdı və şübhəsiz ki, Bakı və Ankaranın regional və dünyamiqyaslı rolllarını daha da gücləndirəcək.

Şuşa Bəyannaməsi istənilən təcavüzkar planların, düşmənçilik münasibətlərinin, ərazi iddialarının üzərindən çalın-çarpaz xətlər çəkir

Beləliklə, Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti ilə yanaşı, onun beynəlxalq tərəfləri də Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən xüsusilə qeyd edildi. Çünki Bakı ilə Ankara arasındakı müttəfiqlik dialoqu təkcə onların deyil, həm də ümumi regional maraqların həyata keçirilməsinə xidmət edir. Azərbaycan və Türkiyənin irəli sürdüyü strateji təşəbbüslər və həyata keçirilən böyük iqtisadi, nəqliyyat-kommunikasiya layihələri bölgənin bütün ölkələrinə və xalqlarına sülh, təhlükəsizlik, firavanlıq gətirir, onlar üçün tamhüquqlu inteqrasiya və çoxtərəfli əməkdaşlıq perspektivləri açır. Eyni zamanda, Şuşa Bəyannaməsi istənilən təcavüzkar planların, düşmənçilik münasibətlərinin, ərazi iddialarının üzərindən çalın-çarpaz xətlər çəkir.

Bu arada onu da vurğulamaq yerinə düşərdi ki, Şuşa şəhəri yalnız tarixi memarlıq abidəsi, mədəniyyət paytaxtı və incisi olması ilə yanaşı, həm də regionun iqtisdadi inkişafı, təhlükəsizliyi mərkəzinə çevrilməkdədir. Yəni Şuşa bundan sonra böyük regional siyasətdə yeni bir dövrün başlanğıcını müəyyən edən simvol kimi də tanınacaqdır.

Lakin bu gün bütün dünya bu tarixi hadisədən danışarkən, Ermənistandakı bir sıra revanşçı siyasi güclər hələ də xam xəyallarına qapanmaqla “şuşi” ifadələri ətrafında var-gəllər edir, hətta onu “geri qaytaracaqları” barədə sərsəm, utopik düşüncələrə dalırlar. Misal üçün, son vaxtlar keçmiş prezident Robert Koçaryan ortalığa atılaraq müxtəlif populist vədlərlə çıxışlar edir, işğaldan azad edilmiş ərazilərimizə tərəf sözün əsl mınasında burun dürtür, hətta iddia edir ki, tanınmayan quldur rejimin “sərhədləri” daxilində “qanuni yollarla” bu məsələni “həll edəcəyini” deyir, “arqumentlərinin” olduğunu bildirir.

Vaxtilə Koçaryan ermənilərə Azərbaycan torpaqlarının “yenilməz erməni ordusu” nun nəzarəti altında əbədi saxlanılacağını da vəd etmişdi, amma sonda nə baş verdi?

Maraqlıdır, onun “dəlilləri” nələrdir? Çünki məhz Koçaryanın özü 1988-ci ildə yaradılmış və fəal iştirak etdiyi terrorçu "miatsum" hərəkatının üzvü olub, Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi tələblərini irəli sürüb, uzunmüddətli hərbi və qanlı qarşıdurmanın, faciələrin, soyqırımlarının səbəbkarı olub. Məhz onun iştirakı ilə Xankəndidə azərbaycanlıların iştirakı olmadan qanunsuz referendum keçirildi və onun da nəticələri bəllidir.

İndi yenidən onun yadına həmin “xatirələri” düşüb və hərbi cinayətkar Robert Köçəryan, eləcə də özü kimi quldur və qatillər dəstəsi bütün bu hiddət və vəhşilikləri törədə biləcəklərini sanırlar. Ona görə də qana susayan bu qatil, Ermənistandakı hakimiyyəti qanına bulaşmış əllərinə geri qaytarmağa cəhdlər edir, cəfəng bəyanatlar səsləndirir.

Vaxtilə Koçaryan ermənilərə Azərbaycan torpaqlarının “yenilməz erməni ordusu” nun nəzarəti altında əbədi saxlanılacağını da vəd etmişdi, amma sonea nə baş verdi? 44 günlük müharibə isə onun bu vədlərini yerlə-yeksan etdi. Bu baxımdan, onun yeni və daha qanlı “miatsum” yaratmaq cəhdi bu dəfə ona daha çox baha başa gələ bilər. Necə deyərlər, Koçaryanın sərsəm iddiaları üzərində, revanşçı hisslərinin başı üstündə “Dəmir Yumruq” gerçəkliyi hazır vəziyyətdədir. Bunun sübutu ilə yanaşı, Azərbaycanın hərbi-siyasi qələbəsi nəticəsində təsdiqlənmiş yeni regional reallıq da göz önündədir. Bu reaallığn altından isə Şuşada ikili və silinməz xətlər çəkildi bu dəfə rəsmi - Azərbaycan və Türkiyə ittifaqı çərçivəsində.

Rövşən RƏSULOV