Belçika millisinin futbolçuları Eriksona görə xüsusi jest hazırlayıblar

17 İyun 2021 03:14 (UTC+04:00)

Belçika millisi AVRO-2020-nin Danimarka ilə baş tutacaq qarşılaşması üçün xüsusi aksiya hazırlayıb.

SİA-nın məlumatına görə, bunu komandanın hücumçusu Romelu Lukaku açıqlayıb.

O bildirib ki, Finlandiya ilə huşunu itirən Kristian Eriksenə dəstək nümayiş olunacaq: “Biz görüşün 10-cu dəqiqəsində topu vurub meydandan auta çıxaracağıq. Oyunu dayandıracağıq və alqışlayacağıq”.

Qeyd edək ki, “İnter”də Lukakunun komanda yoldaşı Kristian millidə 10 nömrəli formanı geyindiyindən aksiya 10-cu dəqiqədə təşkil olunacaq.