Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib

17 İyun 2021 00:40 (UTC+04:00)

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Səfikürd kəndi yaxınlığından keçən yolda baş verib.

İdarəetmədən çıxan "VAZ 2106" markalı avtomaşın aşıb. İlkin məlumata görə, 1961-ci təvəllüdlü Həsənov Nazim Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.