Milli komandamızın daha bir futbolçusu karyerasını Polşada davam etdirəcək

17 İyun 2021 02:04 (UTC+04:00)

Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Anton Krivotsyuk karyerasını Polşada davam etdirəcək.
SİA xəbər verir ki, 23 yaşlı müdafiəçi "Visla" klubu ilə ikiillik müqavilə imzalayıb. Futbolçu yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, daha əvvəl yığmamızın hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubu ilə 3+1 illik müqavilə imzalamışdı.