“Perpetuum mobile” nədir?

16 İyun 2021 21:11 (UTC+04:00)

Bu ifadənin hərfi mənası “daimi mühərrik” deməkdir. SİA xəbər verir ki, bu bir dəfə hərəkətə gətirildikdən sonra xaricdən enerji almadan fasiləsiz işləyən xəyali maşındır.

Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk ediblər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur.

Ayşən Vəli