Milli Qurtuluş Gününə həsr olunmuş II EFMF-2021 keçirilib - VİDEO - FOTOLAR

16 İyun 2021 18:00 (UTC+04:00)

İyunun 15-də Hədəf STEAM liseyinin Abşeron filialında Milli Qurtuluş Gününə həsr olunmuş II EFMF-2021 – Elm, Faydalılıq, Mühəndislik Festivalı keçirilib. SİA təhsil müəssisəsinə istinadən xəbər verir ki, tədbir Hədəf STEAM liseyinin Abşeron filialının və festivalın açılışı ilə start götürüb.

No description available.

Qeyd edək ki, festival Hədəf STEAM Liseyi müəllimlərinin lisey balabilgələri və ailələri ilə bir il ərzində hazırladıqları layihələr əsasında baş tutub. Sözügedən layihələr müxtəlif səpkilidir. Daha çox mühəndislik, robototexnika sahələrinə yönəlmiş layihələr festival iştirakçılarına təqdim olunub, əyani şəkildə təcrübədən keçirilib.

No description available.

Festival Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

No description available.

Tədbiri giriş sözü ilə açan liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq festivalın məqsəd və məramından, qarşıya qoyulan hədəflərdən danışıb. Bildirib ki, festivalın hər il keçirilməsi, ənənə halına salınması nəzərdə tutulub.

No description available.

Daha sonra söz YAŞAT fondunun icraçı direktoru, Qarabağ qazisi Elvin Hüseynova verilib. O, ötən il qələbə və torpaqlarımızın işğaldan azad olunması ilə başa çatan Vətən müharibəsindən danışıb. Müharibədə şəhid olan, sağlamlığını itirən, igidlik göstərən vətən oğul və qızlarımızı yad edib.

No description available.

Elvin Hüseynov nəzərə çatdırıb ki, YAŞAT fondu ilə birgə layihə çərçivəsində 10 şəhid övladı növbəti tədris ilindən etibarən Hədəf Liseyində ödənişsiz əsaslarla, Vətən müharibəsi qazilərinin övladları isə 50 faiz güzəştlə təhsil alacaqlar.

No description available.

Filialın direktoru Cahid Hüseynov da çıxış edərək filialın yaradılmasından, həyata keçirilən tədbirlərdən danışıb, festivalın özünəməxsus yönlərindən söz açıb.

No description available.

Açılış mərasimindən sonra liseyin balabilgələri tərəfindən düzəldilən, “Sabahın alimləri” festivalında ikinci yerə layiq görülmüş pilotsuz uçuş aparatının (PUA) manevr qabiliyyəti əyani şəkildə nümayiş etdirilib. Liseyin 11-ci sinif balabilgəsi Nəzrin Hüseynzadə PUA-nın simulyatorda uçuşunu həyata keçirib. O öz çıxışında bildirib ki, PUA-nın hazırlanması qədər onun idarə edilməsi də xüsusi bacarıq və peşəkarlıq tələb edir. Hədəf Liseyində artıq ilk PUA idarəetmə təcrübələri həyata keçirildiyini deyən N.Hüseynzadənin sözlərinə görə, simulyatorda idarəetmənin üstünlüyü ondan ibarətdir ki, səhv riski sıfıra bərabərdir. Eyni zamanda bunun üçün böyük vəsait tələb olunmur.

No description available.

Daha sonra filialda yerləşən “Zəfər otağı”nın açılışı olub. “Zəfər otağı”nın bir divarında Azərbaycan Prezidenti İlham Əliyevin fotosu, digər divarlarında isə müxtəlif hərbi qənimətlər, PUA modeli, döyüş səhnələrini təsvir edən rəsmlər, müharibənin davam etdiyi müddəti simvolizə edən 44 ədədi təsvir edilib, eyni zamanda atıcılıq üçün hədəf yerləşdirilib. Səngər formasında dizayn edilən “Zəfər otağı” Hərbi hazırlıq fənninin tədrisi üçün nəzərdə tutulub.

No description available.

Qonaqlar festival ilə tanış olub, iştirak edən lisey balabilgələrinin əl işləri – çəkdikləri rəsmlər, düzəltdikləri müxtəlif eksponatlar, robotlarla maraqlanıblar.

No description available.

Festivalda Elm Muzeyinin, “Eduhek” Təhsil Texnologiyaları və Konsultasiya şirkətinin eksponatları da nümayiş etdirilib.

No description available.

Festivalın sonunda Hədəf Liseyinin təşkil etdiyi “Hədəfin üzü” müsabiqəsinin final mərhələsi keçirilib.

No description available.

Qeyd edək ki, bu tədris ilində müsabiqəyə 100-ə qədər balabilgə qoşulub. Balabilgələr müsabiqədə Şeir, Səs, Rəqs, Musiqi alətləri, Mühəndislik, Rəsm, Proqramçı və Əl işi kateqoriyası üzrə iştirak ediblər. Seçim turlarından sonra 16 iştirakçı – hər bir kateqoriya üzrə 2 nəfər final mərhələsinə adlayıb. Final mərhələsinin sonunda qaliblər mükafatlandırılıb.

No description available.

Nəzərə çatdıraq ki, festival çərçivəsində endirimli kitab yarmarkası da təşkil olunub.

No description available.

Festivalda liseyin qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlcuq Qaraqılınc, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinin üzvü Fariz Quliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov, Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri Seymur Qasımbəyli, “Narınc” Psixologiya Mərkəzinin həmtəsisçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov, türkiyəli aktyor Erhan Ufuk, “RR Group of Companies”in İdarə Heyətinin sədri Rafiq Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, eləcə də tanınmış şəxslər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak edib.

No description available.

No description available.