Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16 İyun 2021 16:35 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

SİA-nın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışından sonra Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, Türkiyə Prezidenti iyunun 15-dən etibarən Azərbaycanda rəsmi səfərdədir.