“Dağıdıcı müxalifət xaricdə oturub, söyüş söyənlərlə iş birliyindədir” ÖZƏL-MÜNASİBƏT

16 İyun 2021 15:54 (UTC+04:00)

“Uzun illərdi ki, biz müşahidə edirik ki, kənarda sığınacaq tapan bir qrup insan Azərbaycanın əleyhinə sosial şəbəkələrdə müxtəlif fikirlər və şüarlar səsləndirməkdədir. Bu insanların artıq anti-Azərbaycan qüvvələri tərəfindən idarə olunduğunu və onlardan maliyyə alındığı dəfələrlə müxtəlif mənbələrdən, hüquq mühafizə orqanlarından və təhlükəsizlik orqanları tərəfindən təsdiqlənib”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin iş üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, xəyanət yolu tutan insanların bir amalı və məqsədləri var: “ Əsas məqsədləri aldıqları maliyyənin müqabilində Azərbaycan dövlətinin bütün uğurlarına kölgə salmaqdan ibarətdir. Amma hər zaman həmin şəxslərin bu cəhdləri fiaskoya uğrayıb və heç nəyə nail olmayıblar. Onların nə deməsindən və nə etməsindən asılı olmayaraq onsuzda xalqımız onlara əhəmiyyət vermirdi, çünki xalqımız həqiqəti görürdü. Onlara isə ancaq boş-boş danışmaq qalır. Lakin bunlar yenə də öz çirkin hərəkətlərindən əl çəkmirlər”.

A.Xəlilov bildirib ki, Azərbaycan müxalifətinin bir qolu olan dağıdıcı müxalifət xaricdə oturub, söyüş söyən şəxslərlə iş birliyindədir: “Demək olar ki, bunlar birgə fəaliyyət göstərirlər. Uzun illərdi ki, dağıdıcı müxalifətin xaricidən maliyyələşməsini hər kəs bilir. Yəni qüvvələr xaricidəki müxtəlif fondlar tərəfindən maliyyələşirlər. Lakin yenə də bu insanlar sosial şəbəkələrdə birgə fəaliyyət göstərirlər və məqsədləri də Azərbaycanın uğurlarına kölgə salmaqdır. Çünki onların bizim uğurlarımızı qısqanırlar, həzm edə bilmirlər. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Bunu istər yerli, istərsə də xarici məkrli qüvvələr bilirlər”.