Yaxın 3 gün ərzində hava belə olacaq - PROQNOZLAR BÜROSUNUN DİREKTORU

16 İyun 2021 14:37 (UTC+04:00)

“Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraiti sabitdir. Sabah Bakıda, Abşeron yarımadasında və bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək”. Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, sabah zəif yarım şərq küləyi əsəcək: “Şimal küləyi arabir güclənəcək. Havanın tempraturu paytaxtda 31-36, bölgələrdə isə 22-24 dərəcə isti olacaq”.

Ayşən Vəli