Ringelmann effekti Sosial tənbəllik

16 İyun 2021 13:05 (UTC+04:00)

Fransız kənd təsərrüfatı mühəndisi Maks Ringelmann 1883-ci ildə Grandjouan Kənd Təsərrüfatı Kollecində bir təcrübə edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, ən sadə insanları bir araya gətirir. Onlardan ağırlıq qaldırması tələb olunur. Hər bir şəxs üçün qaldıra biləcəyi maksimum çəki təyin edilir. Bundan sonra isə insanlar qrup halında birləşdirilir və getdikcə qrupdakı insanların sayı artırılır.

İndi belə düşünək. 1 insan şərti olaraq 100 kq yük qaldıra bilirdisə, 2 nəfər birlikdə 200, yaxud daha çox yük qaldırmalı idi. Hər zaman belə düşünülür ki, qrup işi daha çox şeyə nail olmağa kömək edir. Yanlış da deyil, hələ də bu fikir dəstəklənməkdədir.

Amma nəticə bir qədər fərqli olur. İki insan öz fərdi göstəricilərindən cəmi 93%-ini sərgiləmiş, 3 nəfər 85%-ini, 8 nəfərdən ibarət qrup isə öz gücünün yalnız 49%-indən istifadə etmişdir.

Bu təcrübəni digər eksperimentlərdə də sınaqdan keçirdikdə yenə insanların sayı artdıqca faizlər enməyə davam edirdi.

Səbəbi isə insan tək özünə arxalandıqda maksimum güc tətbiq etməsidir. Qrupda isə gücə qənaət etmək olar. Axı heç kim bunun fərqinə belə varmayacaq.

Ayşən Vəli