"Fənərbaxça”dan Edin Visca əməliyyatı!

16 İyun 2021 11:48 (UTC+04:00)

“Fənərbaxça” Serdar Dursunu heyətinə qataraq ilk transferini reallaşdırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sarı-mavilər transfer işlərinə bundan sonra da davam edəcəklərini düşünürlər.

“Fənərbaxça” Super Liqada “Başakşehir”də oynayan Edin Visca ilə əlaqələrini genişləndirib. Oyunçu və klubu ilə təmaslarının sürətləndiyini qeyd edən “Fənərbaxça” rəhbərliyi bu transferin yaxın zamanda ictimaiyyətə açıqlayacağını bildirib.

Ziya Hikmətoğlu