Bizim Fülyadan qürurverici paylaşım FOTO

16 İyun 2021 09:04 (UTC+04:00)

CNN Türk telekanalının jurnalisti Fülya Öztürk Şuşa şəhərinə həsr edilmiş paylaşım ilə çıxış edib. SİA xəbər verir ki, qardaş ölkənin media mənsubu özünün Instagram səhifəsində azərbaycanlı hərbçilərlə şəkil çəkdirərək “Şuşadakı əsgərlərlə xatirə fotosu” cümləsini yazıb.

Xatırladaq ki, Fülya Öztürk 44 günlük Vətən müharibəsu zamanı xarici KİV nümayəndələri arasında ən fəallarından biri olub.

Xüsusilə, Gəncə şəhəri raket atəşinə tutulandan sonra o, hadisə yerindən canlı yayıma çıxıb və bu faciəni dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Rövşən RƏSULOV