Çin "Şencjou-12" kosmik gəmisini sabah orbitə buraxacaq

16 İyun 2021 08:27 (UTC+04:00)

Çin Milli kosmik idarəsi (CNSA) 17 iyun tarixində "Şencjou-12" kosmik gəmisini ÇXR-in orbital stansiyasına göndərməyi planlaşdırır.

SİA cTASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ÇXR-nin Pilotlu kosmik uçuşların proqramı idarəsi məlumat verib.

"Buraxılışın 17 iyun yerli vaxtla saat 09:22-də (05:22, GMT+4) həyata keçirilməsi planlaşdırılır", - Pilotlu kosmik uçuşların proqramı idarəsinin rəhbər köməkçisi Tzi Tzimin deyib.