Rusiya və ABŞ prezidentləri arasında bu gün baş tutacaq görüşün saatı açıqlanıb

16 İyun 2021 05:27 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında əvvəlcədən planlaşdırılmış görüş bu gün Cenevrədə “La Grange” villasında yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə 15:35-də) başlayacaq.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan məlumatda bildirilib.

Protokola görə, yerli vaxtla saat 14: 55-də (Bakı vaxtı ilə 16: 55-də) tərəflər arasında mətbuatın iştirakı olmadan geniş tərkibdə görüş başlayacaq.

Həmçinin, bildirilib ki, iki dövlət başçısının görüşündən sonra mətbuat konfransı keçiriləcək. Lakin Ağ Ev brifinqin başlama vaxtını açıqlamayıb.