Musa Verdiyev Avropa çempionatının gümüş mükafatçısı olub

16 İyun 2021 00:39 (UTC+04:00)

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, turnirdə 48 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Musa Verdiyev mübarizəyə 1/4 finaldan qoşulub. Güləşçimiz startda Moldova təmsilçisinə heç bir şans tanımayıb. M.Verdiyev yarımfinalda ukraynalı rəqibini tam üstünlüklə məğlub edərək finala vəsiqə qazanıb. İyunun 15-də baş tutan həlledici görüşdə rusiyalı güləşçi ilə bacarmayan M.Verdiyev gümüş medalı boynundan asıb.