Kriştiano Ronaldo beş Avropa Çempionatında iştirak etmiş yeganə futbolçudur

15 İyun 2021 23:46 (UTC+04:00)

Kriştiano Ronaldo Portuqaliya millisinin “Avro-2020” qrup mərhələsi çərçivəsində Macarıstan millisinə qarşı oyunda start heyətdə meydana çıxıb.
SİA xəbər verir ki, portuqaliyalı hücumçu beş Avropa çempionatında (2004, 2008, 2012, 2016 və 2020) iştirak edən ilk futbolçu kimi tarixə düşüb.