“Youtube” bu reklamlara qadağa qoyur

15 İyun 2021 22:47 (UTC+04:00)

“YouTube” başlıq səhifəsinin üstündə siyasi məzmunlu reklamlar yayımlamağı qadağan etdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “YouTube”un sözçüsü Axios verdiyi açıqlamada "Həm reklam verənlərin həm də istifadəçilərin ehtiyaclarını tarazlaşdırmaq üçün reklam tələblərimizi mütəmadi olaraq nəzərdən keçiririk" deyib.

Qeyd edək ki, “Youtube” reklam siyasətindəki yeniləmələrin xüsusən həssas hadisələrlə bağlı qarışıqlığı, dezinformasiya və manipulyasiyaları minimuma endirmək üçün müəyyən qadağaların tətbiq edildiyi qeyd edilib.