Günə pozitiv başlamaq üçün bunları edin

15 İyun 2021 17:48 (UTC+04:00)

Hər bir insan günə pozitiv başlamalıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əgər günə gözəl başlamaq istəyirsinizsə aşağıda yazılanlara diqqət yetirin.

Gününüzü gecədən planlaşdırın: Biz nəyə görə günə hazır şəkildə başlamırıq? Əgər axşamdan ediləcəklərin siyahısını hazırlaşmaq, məsələn, səhər menyusunu və ya geyəcəyimiz paltarları, onda səhər daha rahat şəkildə oyanarıq və paltarlara və ya maşının açarını hara qoyduğumuz, əl çantamızı yığmağa gedən vaxta da qənaət etmiş olarıq.

15 dəqiqənizi meditasiyaya ayırın: Bəzilərimiz sadəcə erkən oyanmamaq üçün bunu etmirik. Amma meditasiya ilə məşğul olmaq beyni və düşüncələri inkişaf etdirir. Həmçinin, diqqətimizi bir araya toplamağa və mənfi enerjini uzaqlaşdırmağa kömək edir. Dua positiv bir enerji yaradır insan beynində.

Ruhlandırıcı nələrsə oxuyun: Günə qəzet oxumaqla başlamaq heç də yaxşı fikir deyil. Çünkü, orda məyusedici xəbərlər də oxuya bilərik. Bir neçə həvəsləndirici, əhval artıran və hətta yumoristik kitablar da oxuya bilərik. Bunlar bizə gün boyu müsbət əhval-ruhiyyədə qala bilməkdə kömək edəcək.

Çiçəklər müsbət təsir edir: Araşdırmalar göstərir ki, oyananda parlaq rənglər görmək enerjini və əhvalı artırır. Ona görə də, oyananda görə biləcəyiniz bir yerə rəngli çiçəklər qoyun. Təsirini görəcəksiz.

Kofeni yaşıl çayla əvəz edin: Kofe günə başlamaq üçün yaxşı vasitədir amma tərkibindəki acılıq sizdə mədə rahatsızlığı, iştahasızlıq yarada bilər. Bunun əvəzinə bir fincan rahatlaşdırıcı yaşıl çay için. Bu sağlığınız üçün də çox faydalıdır.

Bəzi idman hərəkətləri edə bilərsiz: Günə idman edərək başlamaq sizə çox yaxşı hiss etdirəcək. Bu həm bədəniniz üçün də yaxşıdır və həm də yaranmış endorfin beyninizi oyaq tutaraq sizdə xoş hisslər yaradacaq. Bəzi yoqa hərəkətləri sizə nəfəsinizi nəzarətdə saxlamağa,əzələrinizi möhkəmləndirməyə və enerjini artırmağa yardım edəcək. Sizin bədəniniz və zehniniz dünyanı fəth etməyə hazır olacaq.

Ayşən Vəli