İnsan bədəni ilə bağlı maraqlı faktlar

15 İyun 2021 16:44 (UTC+04:00)

İnsan bədəni o qədər mürəkkəbdir ki, ona görə də onunla bağlı bir çox faktlar ortaya çıxır. SİA xəbər verir ki, insanın qırmızı qan hüceyrələri orta hesabla 20 saniyə bütün bədəni dövr edirlər.

• İnsan bütün həyatı boyu orta hesabla yuxuda 8 kiçik hörümçək udur.

• Bütün həyatı boyu qadınlar 2 kiloqram pomadadan istifadə edirlər.

• Orta hesabla, 4-yaşlı uşaqlar gündə 450 sual verir.

• Dünyada cəmi 7% solaxay insan olsa da, onlar daha çox görsənir, bunu filmlərdən və xəbərlərdən də izləmək olar

• Bütün insan sümüklərinin dörddə birini ayaq sümükləri təşkil edir.

• İnsan ildə 10 milyon dəfə göz qırpır.

• İnsan ürəyi qanı 4-cü mərtəbə səviyyəsinə qaldıracaq qədər təzyiq yaradır.

Ayşən Vəli