Türkiyə prezidentinin Şuşaya gedəcəyi RUSİYA MƏTBUATINDA

15 İyun 2021 15:56 (UTC+04:00)

Azərbaycan prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağın Şuşa şəhərində türkiyəli həmkarı Tayyib Ərdoğana rəsmi salamlarını çatdıracaq və imzalanma mərasimi də orada keçiriləcək. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyində informasiya yer alıb.

Rusiyaya məxsus mətbuat səhifəsində qeyd olunur ki, Türkiyə lideri Bakıya iyunun 14-də gəlib.

"Bu gün Azərbaycana rəsmi səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Şuşada rəsmi qarşılama mərasimində Prezident İlham Əliyevlə görüşəcək. Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədin imzalanma mərasimi keçiriləcək", deyə mətbuat səifəsində bildirilir.

Qeyd olunur ki, birgə mətbuat konfransı da planlaşdırılır.

Xatırladaq ki, qardaş ölkənin, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir və İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb. Diqqətə çatdıraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.