"Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır" Ərdoğanın sözçüsü

15 İyun 2021 13:06 (UTC+04:00)

"NATO zirvəsinin ardınca Azərbaycanın tarixi və mədəniyyət mərkəzi Şuşaya gedirik".

SİA-nın xəbərinə görə, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tvitterdəki səhifəsində yazıb.

"Qarabağ zəfərini taclandıran bu səfər Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - o qeyd edib.