Selçuk Bayraktar Azərbaycan xalqını təbrik edib

15 İyun 2021 12:48 (UTC+04:00)

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar sosial şəbəkələrdə 15 İyun- Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir: “Dağ olsanız, torpaq bizik. Budaq olsanız yarpaq bizik. Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik. "Bir millət iki dövlət” şüarının ruhu ilə qardaş ölkə Azərbaycanın 15 iyun Milli Qurtuluş Gününü təbrik edirik".