Prezidentlər Qarabağı müzakirə edəcək

15 İyun 2021 11:19 (UTC+04:00)

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək. SİA-nın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:

"Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır".