Birinci vitse-prezident Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

15 İyun 2021 10:17 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib.

SİA-nın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə həmişə sülh, əmin-amanlıq, sabitlik, birlik və rifah hökm sürsün! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!"