AVRO-2020: Daha 2 oyun keçiriləcək

15 İyun 2021 10:09 (UTC+04:00)

Bu gün futbol üzrə Avropa çempionatında daha 2 oyun keçiriləcək. SİA xəbər verir ki, 5-ci oyun günündə F qrupunda keçiriləcək 2 matçla 1-ci tura yekun vurulacaq.

Son Avropa çempionu Portuqaliya Macarıstanla, son dünya çempionu Fransa isə Almaniya ilə qarşılaşacaq.

F qrupu, 1-ci tur

20:00. Macarıstan - Portuqaliya Budapeşt, "Puşkaş Arena"

23:00. Fransa - Almaniya Münhen, "Münhen Futbol Arenası