Ceyhun Bayramovdan 15 iyun paylaşımı

15 İyun 2021 10:05 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 15 iyun Milli Qurtuluş Günü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, nazirin "Tvitter" paylaşımında deyilir: "Bütün azərbaycanlılar üçün böyük məna daşıyan 15 iyun tarixini, həyatını Azərbaycan xalqının rifahına həsr edən, hər zaman qəlbi Azərbaycan ilə döyünən Ulu Öndər Heydər Əliyevin böyük inamla dilədiyi ərazi bütövlüyümüzün bərpası ilə qarşılayırıq! Milli Qurtuluş Günümüz Mübarək!", - C.Bayramov qeyd edib .