Ərdoğanın Şuşaya səfər proqramı açıqlandı

15 İyun 2021 10:02 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb. SİA “Anadolu” agentliyinə istinadla xəbər verir. Rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Ərdoğan 27 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq.

Daha sonra dövlət başçıları birgə mətbuat konfransı keçirəcək. Ardınca Ərdoğan Şuşa şəhərini gəzməyə çıxacaq.