Türkiyə səfiri Azərbaycanı təbrik edib - VİDEO

15 İyun 2021 09:31 (UTC+04:00)

Türkiyənin Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı özünün tvitterdəki səhifəsində Milli Qurtuluş Günü münasibətilə paylaşım edib. SİA-nın xəbərinə görə, paylaşımda deyilir:

"Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıtmaqla qardaş Azərbaycanımızın suverenliyini xilas etdiyi bu özəl gün münasibətilə hər birinizi təbrik edir, can Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirəm".