Rusiyada baş vermiş partlayış və yanğın nəticəsində yaralıların sayı 35 nəfərə çatıb

15 İyun 2021 08:50 (UTC+04:00)

Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış və yanğın nəticəsində yaralıların sayı 35 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin fövqəladə xidmətlərindən bildiriblər.

Bildirilib ki, ümumilikdə, 35 nəfər yaralanıb, onlardan 20-si əsasən yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Digər 15 nəfərə ambulator yardım göstərilib.

Qeyd olunub ki, 10-dan çox nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.