Avropa çempionatları tarixində bir ilkə imza atılıb

15 İyun 2021 07:38 (UTC+04:00)

Avropa çempionatları tarixində ilkə imza atılıb.

SİA xarici KİV-lərə istinadən xəbər verir ki, bu, E qrupunun hazırda davam edən Polşa - Slovakiya matçında baş verib. 18-ci dəqiqədə Polşa millisinin yarımmüdafiəçisi Robert Makın vurduğu zərbədən sonra top dirəyə dəyib, daha sonra qapıçı Voyçex Şesniyə dəyərək tora daxil olub. Beləliklə, qolkiperdən avtoqol qeydə alınıb.

Bununla da Şesni Avropa çempionatları tarixində ilk qapıçı avtoqolunun müəllifi olub.