"Neftçi" bu dörd komandadan biri ilə qarşılaşacaq

15 İyun 2021 07:07 (UTC+04:00)
Azərbaycanı 2021/22 mövsümündə UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi”nin potensial rəqiblərinin sayı 4-ə enib.

SİA xəbər verir ki, mübarizəyə 1-ci təsnifat mərhələsindən start verəcək paytaxt təmsilçisi püşkatmada “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tiflis, Gürcüstan) və ya “Kayrat” (Qazaxıstan) klublarından biri ilə düşəcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, bu gün təşkil olunacaq püşkatma mərasiminə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.