Bayden ABŞ-Türkiyə münasibətlərində "həqiqi irəliləyiş"ə nail olacağına inanır

15 İyun 2021 02:04 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşünü müsbət, məhsuldar adlandırıb və ABŞ-Türkiyə münasibətlərində “həqiqi irəliləyişə” nail olacağına inandığını bildirib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, o bunu NATO sammitindən sonra keçirilmiş mətbuat konfransında deyib.

“Bir neçə dünya lideri ilə görüşmək şansım oldu. Türkiyə Prezidenti Ərdoğanla görüşümü yenicə bitirdim. Müsbət və məhsuldar bir görüş keçirdik. Əsasən, təkbətək görüş oldu. Komandalarımız bizim müzakirələrimizi davam etdirəcək və əminəm ki, Türkiyə ilə ABŞ arasında həqiqi irəliləyiş əldə edəcəyik”, - deyə Bayden vurğulayıb.