Özbəkistanda qaz daşıyan yük maşını partlayıb: iki nəfər ölüb

15 İyun 2021 01:28 (UTC+04:00)

Özbəkistanın Səmərqənd vilayətində məişət qaz balonlarının qaz doldurma məntəqəsində qaz daşıyan maşının partlaması nəticəsində iki nəfər ölüb.

SİA-nın məlumatına görə, hadisə 14 iyun tarixində yerli vaxtla saat 17:40-da Səmərqənd vilayətinin Urqut rayonunda baş verib.

Hadisə nəticəsində yük maşını sürücüsü və yanacaqdoldurma məntəqəsinin bir əməkdaşı hadisə yerində həlak olub.

Faktı ilə bağlı araşdırma aparılır.