Sızanaq üçün yaxşı olan 8 təbii yağ

14 İyun 2021 22:13 (UTC+04:00)

Sızanaq probleminiz varsa və kimyəvi maddələrdən uzaq olmaq istəyirsinizsə, efir yağlarına şans vermək yaxşıdır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, efir yağları olaraq da adlandırılan uçucu yağlar, bitkilərin müxtəlif yerlərindən əldə edilir. Ənənəvi müalicə üsulu olan təbii yağlar, bakteriyaları məhv edərək sızanaq əmələ gəlməsinin qarşısını alır. Tədqiqatlar bəzi yağların sızanaq əmələ gəlməsinin qarşısını aldığını, mövcud sızanaqları və sızanaq izlərini aradan qaldırdığını ortaya qoyub.

1- Kəklikotu yağı

Kəklikotu yağı mətbəxdə tez-tez istifadə olunan bir yağdır. Araşdırmalar kəklikotu yağının sızanaqlara səbəb olan bakteriyalarla mübarizə apardığını ortaya qoyub. Gözlərdə infeksiyaya səbəb olan mikrobları da öldürür. Ancaq heç vaxt birbaşa gözə tətbiq edilməməlidir.

2- Rozmarin yağı

Laboratoriya testlərində rozmarin yağının sızanaqları məhv etdiyi aşkar edilib. Qida tədqiqatçıları rozmarinin qidanın yığıldığı və qablaşdırıldığı zaman meydana gələn infeksiyanın qarşısını aldığını da təsbit ediblər.

3- Darçın yağı

Darçın sadəcə qəhvəni və ya yeməyi şirinləşdirmir. Sızanaqla mübarizədə ən yaxşı dostumuzdur. Darçın menstruasiya ağrılarını aradan qaldırır və xolesterol səviyyəmizi tənzimləyir. Sızanaqlara səbəb olan bakteriya və koli basilinin qarşısını alır.

4- Gül yağı

Gül yağı koli və bir çox bakteriya növünü məhv edə bilər. Heyvan testlərində bakteriyaların səbəb olduğu qaraciyər ziyanını aradan qaldırdığı ortaya çıxıb.

5- Çay ağacı yağı

Bakteriya və göbələkləri məhv etmədə son dərəcə təsirli olan çay ağacı yağı da bu xüsusiyyət sayəsində sızanaqları məhv edir. Çay ağacı yağı bir çox gözəllik məhsulunda istifadə edilə bilər.

6- Oregano yağı (OREGANO)

Oregano üzərində aparılan araşdırmada, malyariya parazitləri, xərçəng hüceyrələri və infeksiyaya səbəb olan bakteriyalar üzərində təsirli olduğu ortaya çıxıb. Sızanaqlara qarşı nə qədər təsirli olduğu hələ sübut olunmasa da, antiinflamatuar təsirləri sayəsində sızanaqların şişməsini azalmasına kömək edə bilər.

7- Lavanta yağı

Araşdırmalar, lavanta yağının dəri problemlərinə yaxşı gəldiyini ortaya qoyub. Bundan əlavə, antimikrobiyal xüsusiyyəti olan lavanta yağının sızanaqlarla necə mübarizə apardığına dair qəti bir dəlil yoxdur. Lavanda yağı daha yaxşı yatmağınıza və daha rahat hiss etməyinizə səbəb ola bilər.

8- Bergamot yağı

Bergamot yağı əhval-ruhiyyəni yaxşılaşdırmaqla yanaşı dəri problemləri ilə mübarizə apara bilər. İltihab əleyhinə xüsusiyyətə sahib olan Berqamot yağı sızanaqların şişməsini azaldır.

EFİR YAĞLARDAN NECƏ İSTİFADƏ EDİLİR?

Bitkilərdən hazırlanan efir yağları son dərəcə güclü ola bilər. İstifadə etməzdən əvvəl efir yağı ilə bağlı təlimatları oxuduğunuzdan əmin olun.

Heç vaxt efir yağlarını gözlərinizə və ya ətrafınıza sürtməyin. Buxarı belə gözlərinizi təsir edə bilər.

Həm də heç vaxt yeni doğulmuş körpələrdə sızanaqları müalicə etmək üçün istifadə edilməməlidir.

Ayşən Vəli