NATO zirvəsində Prezident Ərdoğandan "sabitlik" mesajı

14 İyun 2021 17:30 (UTC+04:00)

Prezident Ərdoğan "Sabitliyə Töhfə" iclasına video mesaj göndərib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Prezident Ərdoğan "təəssüf ki, hər cür terrora qarşı mübarizəmizdə müttəfiqlərimizdən və ortaqlarımızdan gözlədiyimiz dəstəyi və həmrəyliyi ala bilmədik. Türkiyə dinamik iqtisadiyyatı, güclü müdafiə sənayesi, xarici siyasət və müttəfiqləri ilə əməkdaşlıq prinsipiallığı ilə qlobal sülh və sabitliyə kömək etməyə davam edəcək", - deyə bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, İraqdan Əfqanıstana, Qafqazdan Balkanlara, Qara dənizdən Aralıq dənizinə və Afrikaya qədər sabitliyin bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərə rəhbərlik edirik: “Qonşumuz və müttəfiqimiz Yunanıstanla dialoqun dirçəldilməsinin bölgəmizin sabitliyinə və firavanlığına və ikitərəfli məsələlərin həllinə xidmət etdiyinə inanıram. Terrorizm sabitliyin bərqərar olması üçün ən böyük maneələrdən biridir. NATO-da və bütün müvafiq beynəlxalq platformalarda terrorizmə qarşı mübarizədə birinci sırada Türkiyə dayanır. PKK/PYD-dən DAEŞ və FETÖ-ya qədər sərhədlərimizin içində və xaricində bir çox terror təşkilatı ilə sıx bir mübarizə aparırıq".

“DAESH ilə əl-ələ verib döyüşən və kiçik uşaqlarını şəhid edən tək NATO müttəfiqiyik”, deyən Ərdoğan bildirib ki, sərhədlərarası əməliyyatlarda təxminən 4000 DAESH terrorçusunu zərərsizləşdirdik: "Təəssüf ki, müttəfiqlərimizdən və ortaqlarımızdan hər cür terrora qarşı mübarizədə gözlədiyimiz dəstəyi və həmrəyliyi ala bilmədik. Suriyada, İraqda və Türkiyədə əlləri günahsızların qanı ilə bulaşan terror təşkilatlarının rəhbərlərinə, qanuni bir aktyor kimi ən yüksək səviyyədə müraciət edildiklərinin və dəstəkləndiklərinin şahidi olduq. Türkiyə NATO-nun mövcud təhdidlərə uyğunlaşmasında fəal rol oynayır. Türkiyə dinamik iqtisadiyyatı, güclü müdafiə sənayesi, prinsipial xarici siyasəti və müttəfiqləri ilə əməkdaşlıq edərək qlobal sülh və sabitliyə töhfə verməyə davam edəcəkdir. Bu çətin prosesdə həmrəylik və əməkdaşlıqda hərəkət etməyin vacibliyinə bir daha diqqət çəkmək istərdim".

Ziya Hikmətoğlu