NATO-nun Əfqanıstanla bağlı bəyanatı!

14 İyun 2021 15:57 (UTC+04:00)

NATO Baş Katibi Jens Stoltenberg Belçikanın Brüssel şəhərində keçiriləcək NATO Zirvəsi ilə bağlı açıqlama verib. Stoltenberg Türkiyə və ABŞ kimi bəzi NATO müttəfiqlərinin Əfqanıstandakı hava limanı kimi kritik altyapıların davamlılığını təmin etmək üçün birbaşa dialoqda olduqlarını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Bu gün biz transatlantik münasibətlərimizdə yeni bir səhifə açırıq" deyib.

Stoltenberg liderlərin NATO Sammitində Rusiya və Çin daxil olmaqla bir çox mövzunu müzakirə edəcəyini söyləyib. "Rusiya ilə münasibətlərimiz "Soyuq müharibə"dən bəri ən aşağı səviyyədədir. Bunun səbəbi Rusiyanın təcavüzkar hərəkətləridir. İnanıram ki, liderlər Rusiyaya qarşı ikitərəfli dialoqla, birləşdirilmiş güclü müdafiə yanaşmamızı təsdiqləyəcəklər” Soltenberg deyib.

Çin mövzusuna da toxunan Stoltenberg "Çinlə fürsətlər var. İqlim dəyişikliyi və silah nəzarəti mövzusunda Çinlə çalışmalıyıq. Bununla birlikdə Çinin hərbi gücü, artan nüfuzu və məcburi münasibətlər də təhlükəsizliyimiz üçün bəzi çətinliklər yaradır. Biz bunları bir ittifaq olaraq birlikdə həll etməliyik", deyib.

Türkiyə və ABŞ kimi ölkələr Əfqanıstan üçün dialoqdadır.

NATO-nun Əfqanıstandakı missiyasını bitirmə qərarı barədə soruşduqda, Stoltenberg əfqanları dəstəkləməyə davam edəcəklərini və Əfqan təhlükəsizlik qüvvələrinə maliyyə yardımlarının davam edəcəyini bildirib.

Əfqan təhlükəsizlik qüvvələrinin xaricdə təlimi üzərində çalışdıqlarını bildirən Stoltenberg qeyd edib: "Hava limanı da daxil olmaqla kritik infrastrukturların nə qədər davamlı olacağı üzərində işləyirik. NATO dəstək verməyi planlaşdırır. Kabildə beynəlxalq hava limanının necə qurulacağı ilə bağlı ABŞ və Türkiyə kimi bəzi NATO ölkələri ilə birbaşa dialoqda olduqunu deyib. Bu həm NATO müttəfiqləri, həm də bütün beynəlxalq ictimaiyyət üçün diplomatik yardımın mövcudluğu və davam etməsi üçün vacibdir".

Ziya Hikmətoğlu