"Erməni siyasətçiləri seçki yox, şou göstərirlər" - MƏRKƏZ SƏDRİ İZAH ETDİ

14 İyun 2021 15:31 (UTC+04:00)

“Erməni siyasətçiləri mənəvi dəyərlərdən tamamilə məhrum olublar. Hakimiyyət ehtirası bu adamların gözünü tutduğu üçün zavallı erməni xalqının hissləri ilə oynamaqdan çəkinmirlər. Erməni xalqı bu cür naşı adamların rəhbərliyi altında hələ çox əziyyət çəkəcək”. Bu sözləri SİA-ya açıqlamasında Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Mərkəz sədrinin sözlərinə görə, Qarabağ məsələsinin Ermənistanın daxili siyasətinin predmetinə çevrilməsi bu ölkədə “yalan maşını”nın sürətini bir qədər də artırıb: “İstər iqtidar, istər müxalifyönlü nazmizədlər reallığa uyğun gəlməyən, Ermənistanın potensialı ilə daban-dabana zidd olan açıqlamalar verməkdə davam edirlər. Ermənistanda yalan üzərində qurulmuş seçki kampaniyası aparılır. Hamı yalan danışmaqla məşğuldur. Siyasətçilər həmişə bədbəxt erməni xalqını aldadıblar. Bu dəfə isə sözün həqiqi mənasında ələ salırlar”.

Eks-prezident Robert Köçəryanın Hadrutu geri qaytaracığıyla bağlı bəyanatına münasibət bildirən baş redaktor qeyd edib ki, onun dediyinə nəinki seçicilər, heç özü də inanmır. Köçəryanı qatı korrupsioner kimi xarakterizə edən jurnalistin sözlərinə görə, bu adamın seçkinin əsas favoritlərindən biri sayılması erməni xalqının faciəsidir: “Yalan vədlər verdiyi üçün ermənilər, Hadrut və Şuşayla bağlı başından böyük danışdığına görə də bir gün biz ondan hesab soracağıq. Görünür, Köçəryan babası Andronikin aqibətindən dərs çıxarmayıb. Bu adamın qulağını küçük qulağı kimi kəsmək lazımdır ki, xələflərinə də dərs olsun. Erməni siyasətçiləri seçki yox, şou göstərirlər. Çörək istəyən xalqın başını qatmaq üçün tamaşa ən çox kara gələn vasitədir”.