DİN məzun və valideynlərə müraciət edib

14 İyun 2021 13:05 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) məktəb məzunlarına və valideynlərə müraciət edib.

Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, valideynlər avtomobillərini sürücülük hüququ olmayan yeniyetmələrə verməsin: "Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".