Jurnalistlər binasının qarşısında zəncirvari qəza olub FOTO

14 İyun 2021 12:20 (UTC+04:00)

Bakıda yol qəzası baş verib. SİA-nın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli məlumat paylaşıb.

Hadisə Səbail rayonu, Yeni Salyan şosesi 22-nin (Jurnalistlərin binası) qarşısında qeydə alınıb.

Belə ki, 3 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə avtomobillərə ziyan dəyib.